• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb
22.06.2021 11:08
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.


Anews.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib.


Bunlar aşağıdakılardır:


1. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


2. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


4. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, "Ünvanlı dövlət sosial yardımı haqqında”, "Sosial müavinətlər haqqında”, "Onkoloji yardım haqqında”, "Sosial xidmət haqqında”, "Mədəniyyət haqqında”, "Uşaqların icbari dispanserizasiyası haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Məşğulluq haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


5. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Sosial sığorta haqqında”, "Polis haqqında”, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


6. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Uşaq hüquqları haqqında”, "Yol hərəkəti haqqında”, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, "Avtomobil yolları haqqında”, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, "Psixiatriya yardımı haqqında”, "İcbari sığortalar haqqında” və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


7. "Dövlət qulluğu haqqında”, "Dövlət rüsumu haqqında”, "İcra haqqında”, "Gənclər siyasəti haqqında”, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


8. "Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


9. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


10. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


11. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


12. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


13. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


14. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol