• $
  • €
  • ₽
  • ₺
  • £

DİN toylara nəzarət qaydalarını AÇIQLADI

DİN toylara nəzarət qaydalarını AÇIQLADI
22.06.2021 17:58
Daxili İşlər Nazirliyi (DİN) toylara icazə verilməsi ilə əlaqədar vətəndaşlarımızı mövcud qaydalara riayət etməyə çağırır.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev televiziyalara açıqlamasında deyib.


Onun sözlərinə görə, toyların keçirilməsi ilə bağlı lazımi normalar müəyyənləşdirilib:


"Vətəndaşlarımız tərəfindən təşkil olunan toy, nişan, ad günü məclisləri və bütün bu kateqoriyadan olan mərasimlərin keçirilməsi üçün məhdudiyyət normaları var. 50 nəfərə qədər olan tədbirlərdə maskalardan istifadə edilməsi mütləqdir. Ziyafət iştirakçıları yalnız qida qəbul edərkən maskasız ola bilər.


Həmin tədbirlərdə vətəndaşdan COVID-19 pasportu tələb olunmur. 50-dən 150 nəfərə qədər insan olan məclislərin keçirilməsində isə ciddi məhdudiyyətlər var. Toya dəvət olunan vətəndaşın mütləq şəkildə COVID pasportu olmalıdır.


Bununla yanaşı, COVID-19-a qarşı birinci doza peyvəndi qəbul edən şəxslər də müəyyən müddətdə məclisə buraxılacaq.


Yəni, birinci dozanı qəbul edən vətəndaş avqust ayının 1-nə qədər böyük məclislərə buraxılacaq. Avqustun 1-dən etibarən isə COVID-19 pasportu olmayan şəxsin məclislərdə iştirakı qadağandır”.


E.Hacıyev qeyd edib ki, həmin tədbirlərin təşkil olunduğu obyektlərin rəhbərləri, məclis sahibləri və iştirakçılar bu məsələdə diqqətli və məsuliyyətli olmalıdırlar:


"Masalar arasında sıxlıq normasına əməl olunmalı, restoranın personalı tibbi maska, əlcəklərdən və digər qoruyucu vasitələrdən istifadə etməlidir.


Tədbir iştirakçıları və musiqiçilər isə maskadan istifadə etməyə bilərlər. Hər birimizdən tələb olunan məsələ qaydalara əməl etməkdir”.


Şöbə rəisi əlavə edib ki, bu məsələdə restoran sahibinin də üzərinə məsuliyyət düşür:


"Təşkil olunacaq toy və nişan mərasimi barədə restoran sahibi mərasimin vaxtından ən azı 5 gün öncə qonaqların sayı və məclisin müddəti barədə portala məlumat daxil etməlidir. Bununla yanaşı, restoran sahibi və toy təşkilatçıları iltizam imzalayır.


Həmin iltizamla onlar məclisdə qaydalara əməl olunmaqla bağlı öhdəlik götürürlər. Həmin öhdəliyə görə də toy sahibləri və restoran yiyəsi məsuliyyət daşıyır.


Bu qaydalar pozulacağı təqdirdə öhdəlik götürən şəxslər qanunvericiliyə uyğun cəzalandırılacaq. Toy edən şəxs 150 nəfərdən artıq qonaq çağırmamalıdır”.


Polis mayoru vurğulayıb ki, bununla bağlı Daxili İşlər Nazirliyi əməkdaşları və digər nəzarətçi qurumlar mütəmadi monitorinqlər aparacaq. Aşkarlanan hər hansısa qanun pozuntusu barədə ciddi tədbirlər görüləcək.


Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən Azərbaycanda toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol