Canlı efirdə Natiq Cəfərli ilə Əhəd Məmmədli bir-birini təhqir etdi - Video

Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli Müsavat TV-nin canlı yayımında bir-birinə qarşı ağır sözlərdən istifadə ediblər.
"Canlı debat”da üz-üzə gələn müxalifət funksionerləri qarşılıqlı təhqirə qədər gedib çıxıblar. Ə. Məmmədli opponentini "qanmaz” adlandırıb və cavabında "qanmazın yekəsi sənsən, sənin sədrindir” sözlərini eşidib.
AĞ Partiyanın başqan müavini N. Cəfərlini satqınlıqda ittiham edib: "Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib. Bunlar əqidəsiz adamlardırlar…”
Qonaqlar, hətta bir-birinə qarşı söyüşlü sözlərdən də istifadə ediblər.
Aparıcı onları sakitləşdirməyə çalışsa da, alınmayıb, nəticədə verilişi yarımçıq kəsməli olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















