• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ermənistandan mina xəritələrini tələb edir

Azərbaycan Ermənistandan mina xəritələrini tələb edir
03.07.2021 07:52
Azərbaycina xəritələrini verməsi üçün Ermənistana müraciət edib, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "The Washington Times” nəşrində dərc olunan Ermənistan və Azərbaycan arasında əməkdaşlıq və sülh perspektivlərinə həsr edilmiş məqaləsində bildirib. 
 
"Noyabr ayında hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan öz ərazisində tutduğu 15 ermənini təhvil verdi. Bunun qarşılığında isə Ermənistan təmizləmə əməliyyatlarına kömək edəcək mina xəritələrini təqdim etdi. Azərbaycan Ermənistan hökumətinə onlarda olan xəritələrin sayını açıqlaması üçün müraciət edib.”, - deyə o, yazıb. 
 

Hacıyev bildirib ki, Ermənistan və Azərbaycan artıq bir-birini daha çox tanıyır. 

"Bu diplomatik irəliləyişə əsaslanmalı və qarşıdurmanı əməkdaşlığa çevirməliyik. Çünki bizi çox iş gözləyir.  Azərbaycanlılar artıq bu torpaqlara qədəm basa bildikləri üçün yerli mətbuatda insan faciəsi haqqında məlumatlar mütəmadi olaraq yayımlanır. 30 illik sürgündən sonra evlərinin qalıqlarını görmək istəyən 140 mülki vətəndaş ölüb. Ən son olaraq, iki jurnalist geri çəkilən erməni qüvvələrinin yerləşdirdiyi tank əleyhinə minaya düşmə nəticəsində həlak oldu”, - o, əlavə edib.

Hacıyev vurğulayıb ki, belə hadisələr sülhə əngəl törədir.

"Noyabrda Moskvada hərbi əməliyyatların sona çatması barədə atəşkəs razılaşmasına baxmayaraq Azərbaycanın mülki əhalisi hələ də ölür”.
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol