• $
  • €
  • ₽
  • ₺
  • £

Cocuq Mərcanlı ərazisində zərərsizləşdirilən minaların sayı AÇIQLANIB

Cocuq Mərcanlı ərazisində zərərsizləşdirilən minaların sayı AÇIQLANIB
22.07.2021 13:32
Bu ilin yanvar ayından etibarən aparılan minatəmizləmə işləri nəticəsində Cocuq Mərcanlı dəmiryolu boyunca uzanan sahədə 1360 mina zərərsizləşdirilib.

Bu barədə ANAMA-nın nümayəndəsi Qabil Cəfərov məlumat verib.

Onun sözlərinə görə, hazırda ANAMA əməkdaşları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Mehdili kəndinədək uzanan və dəmiryolu xəttinin keçdiyi sahədə minatəmizləmə işləri aparırlar: "Bu sahədə işlərə yanvarın 11-də start verilib. Sahələri bir-birinin ardınca təmizləməklə tədricən irəliləyirik.

Problemlərdən biri əvvəllər buranın neytral ərazi olması ilə bağlıdır. Bu səbəbdən burada düz 15 mina zolağı yerləşir. Məqsəd dəmiryolunu və ondan 30 m kənarlara olan ərazini minalardan təmizləməkdir. Burada həm piyada, həm də tank əleyhinə minalara rast gəlmişik. Demək olar ki, sahədə işlərin 90 faizini tamamlamışıq”.

İşlər texnikanın və xüsusi təlim keçmiş itlərin köməkliyi, habelə əllə aparılır. (report)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol