• $
  • €
  • ₽
  • ₺
  • £

Lukaşenko Tixanovskayanı təhqir etdi

Lukaşenko Tixanovskayanı təhqir etdi
31.07.2021 13:21
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin müxalifət lideri Svetlana Tixanovskayanı əclaf adlandırıb.


 "Belta” xəbər verir ki, A. Lukaşenko bunu məmurlarla görüşündə Svetlana Tixanovskayanın 2020-ci ilin avqustunda Litvaya getməsinin təfərrüatlarını açıqlayarkən deyib. 


Məlumata əsasən, Lukaşenko Belarus hakimiyyətinin Tixanovskayanın ölkəni tərk etməyə məcbur etməsi ilə bağlı iddiaları təkzib edib.


"Mən yalnız bu gün hesabatda oxudum ki, Belarus hökuməti Tixanovskayanı ölkəni tərk etməyə məcbur edib və uşaqlarını əlindən almaqla hədələyib və s. Qulaq asın, uşaqlar mənim üçün toxunulmaz mövzudur və siz bunu bilirsiniz. Uşaqlar valideynlərinə görə belə bir məsuliyyət daşımamalıdırlar”, - deyə o əlavə edib.


Lukaşenko həmçinin vurğulayıb ki, müxalifət sədri ölkə Prezidenti yanında Əməliyyat və Analitika Mərkəzinin sədri Andrey Pavlyuçenkoya şəxsən müraciət edib. Svetlana Tixanovskaya bu zaman ölkədən çıxmaq icazəsi və maliyyə dəstəyi istəyib. 


Lukaşenkonun iddiasına görə, Svetlana Tixanovskayaya 15 min dollar pul ayrılıb və Litvaya getməsinə icazə verilib: "Və o bu gün deyir ki, onu hədələyiblər, uşaqlarını əlindən alıblar və digər bu tip hədələr ediblər... Əclaf!”


Qeyd edək ki, Svetlana Tixanovskaya 2020-ci ilin avqustunda ölkədə Prezident seçkilərindən sonra Belarusu tərk etdiyinə görə təəssüf etdiyini bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol