• $
  • €
  • ₽
  • ₺
  • £

DİN COVID-19 pasportu ilə bağlı çaşqınlığa AYDINLIQ GƏTİRDİ

DİN COVID-19 pasportu ilə bağlı çaşqınlığa AYDINLIQ GƏTİRDİ
01.09.2021 10:24
"Bu gündən qüvvəyə minən qərarlarla bağlı neqativ halların olması gözləniləndir və olacaq”.

Bunu  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

E.Hacıyev deyib ki, monitorinq qrupları tərəfindən COVID-19 pasportu olmadan həmin obyektlərə daxil olan şəxslərin sərbəst hərəkəti müəyyən edilsə, onların həmin ünvandan çıxarılması təmin olunacaq:

"Obyekt sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin I hissəsinə müvafiq olaraq, cəzalanma qüvvədə saxlanılacaq. Tam olaraq məsuliyyət obyekt sahibinin üzərinə düşəcək.


211-ci maddəyə əsasən, bütün hallarda epidemiya, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11000 min manatadək məbləğdə cərimə edilir”.

DİN rəsmisi həmçinin, COVID-19 pasportu ilə bağlı yaranmış çaşqınlığa da aydınlıq gətirib:

"Nazirlər Kabientinin qərarında 1-ci və 2-ci doza ilə bağlı ayrıca bənd yoxdur. COVID-19 pasportunun əldə olunması üçün 2 doza qəbul olunmalıdır. Elektron sistem də məhz 2 doza qəbul etmişlərin pasportunu tanıyır. 1 doza ilə fəaliyyətə icazə yalnız müəyyən sahələrdə işçi heyətinə şamil olunur. Müəyyən olunan sahələrdə çalışanlar sentyabrın 1-nə qədər 1-ci dozanı, oktyabrın 1-nə qədər isə 2-ci dozanı vurdurmalıdırlar”.

Bu gündən etibarən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və digər qapalı yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Yaşı 18-dən yuxarı şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. 

Peyvənd olunmayan şəxslər obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək.


Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması da tələb olunacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol