• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad edilmiş iki rayonda prokurorluq binalarının açılışı olub

İşğaldan azad edilmiş iki rayonda prokurorluq binalarının açılışı olub
28.09.2021 11:42
Kəlbəcər və Qubadlıda hərbi prokurorluq binalarının açılışı keçirilib.
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında 1 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Kəlbəcər və Qubadlı rayonlarında müvafiq hərbi prokurorluqların inzibati binalarının inşasına başlanılaraq qısa vaxt ərzində  inşası başa çatdırılıb.

Sentyabrın 26-ı və 27-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə Respublika Baş Prokurorluğunun və Hərbi Prokurorluğun rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər və Qubadlı Hərbi Prokurorluqlarının yeni inzibati binaların açılış mərasimində iştirak edib.

Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Baş Prokuror hər iki hərbi prokurorluğun, eləcə də Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının əməkdaşları ilə görüşmüş, onlara fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.  Daha sonra inzibati binaların həyətində ağaclar əkilib və digər abadlıq işləri görülüb.

Səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə, eləcə də Qubadlı rayonunda DSX-ın N saylı hərbi hissəsində  xidmətdə olan hərbçilərlə görüşüb. 

Bundan başqa,  heyət səyyar hospitalda müalicə alan hərbçilər ilə görüşərək onların müalicə vəziyyəti ilə maraqlanılıb.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol