• $
  • €
  • ₽
  • ₺
  • £

Hulusi Akar ABŞ-ı PKK/YPG-yə dəstək verməkdə ittiham edib

Hulusi Akar ABŞ-ı PKK/YPG-yə dəstək verməkdə ittiham edib
28.09.2021 15:39
"YPG bütün mənalarda PKK-nın özüdür. Müttəfiqlərimizə onların başçıları ilə görüşmələrinin, foto çəkdirmələrinin, onlara silah-sursat, hərbi texnika vermələrinin doğru olmadığını hər görüşdə çatıdırırıq”.

Türkiyə Milli Müdafiə Nazirliyinin saytı xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar hökumətin toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə keçirdiyi görüşdə terrorçu PKK-nın Suriya qolu YPG-yə yardım edilməsinin müttəfiqliyə uyğun gəlmədiyini deyib.

H. Akar Prezident R.T.Ərdoğanın Rusiyaya səfəri zaman müzakirə edilə biləcək məsələlərdən də danışıb. O, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşə biləcəklərini istisna etməyib.

Müdafiə naziri Türkiyə və Rusiya dövlət başçılarının Əfqanıstanla bağlı məsələni müzakirə edəcəklərini və orada Qətərdən olan mütəxəssislərlə birlikdə fəaliyyət göstərdiklərini söyləyib: "Biz Əfqanstanda uyğun bir həll yolunu axtarırıq. Əsas hədəfimiz insanlıq baxımından əfqan xalqının humanitar ehtiyaclarının doğru-düzgün şəkildə ödənilməsidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol