• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: “Xankəndində yaşayanların rifahı yalnız Azərbaycanla bağlıdır”

Zahid Oruc: “Xankəndində yaşayanların rifahı yalnız Azərbaycanla bağlıdır”
30.09.2021 13:04
"Vətən müharibəsinin başlanmasının 1-ci ilinin şərəfli hesabatı qarşısındayıq. Çox minillik tarixmizdə 44 günün bənzərsiz hərbi-siyasi yekunu əsrə bərabər dövr hesab olunur. İtkilərə baxmayaraq, müharibədə qələbə qədər milləti ucaldan ikinci hadisə yoxdur.

Xalqımızın işğal keçmişini qapatması və dünyada qazandığı "qalib dövlət” obrazı bizə sonsuz hörmət gətirir, separatizmə və ədalətsizliyə qarşı mübarizədə Azərbaycanı nümunəyə çevirir".

Anews.az xəbər verir ki, bunu deputat Zahid Oruc payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qələbəmizin bir ili qarşısında hesabat verərkən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, yaralıların sağlam həyata qaytarılması və tarixi torpaqlara "Böyük Qayıdış”ın başlanmasını fərəhlə qeyd edirik: "Ağdam, Kəlbəcər, Zəngilan, digər azad torpaqlarda və nəhayət, Şuşada quruculuq tədbirləri, Zəfər yolunun inşası 30 il işğalda qalan torpaqlara "yeni həyat” bəxş edir.
 
Tarixdə ilk dəfə, Füzulidə istifadəyə verilən hava limanı cəmi 30-35 dəqiqəyə Qarabağın azad səmasından doğma torpaqlara qayıdışa imkan verir. Bu 30 dəq-lik yol düz 30 illik mübarizədən keçdi. İndi vaxt uduşundan çox itkilərin sürətlə bərpası başlayır".

Deputat əlavə edib ki, hərbi zəfərimiz Qafqazda yeni münasibətlər mərhələsinin başlanması deməkdir: "Sülh və təhlükəsizlik istəyən hər kəs prezident İlham Əliyevin elan etdiyi "Qafqazda barış və dialoq” kursunu alqışlayır.

Dünya dövlətlərinin mütləq əksəriyyəti müharibənin nəticələrini qəbul edir. Bu çox önəmli hadisədir. Qələbəmizin beynəlxalq legitimliyi əleyhimizə qərar və qətnamələrin qəbulunu çətinləşdirir. Fransa ilə münasibətlərdəki pozitiv dəyişiklik çox əhəmiyyətli dönüşdür.

Ermənistanda 20 iyunda məğlubiyyətə uğrayan Baş Komandana təkrar talelərini bağlamaları erməni xalqının mühüm bir hissəsinin müharibənin nəticələrini qəbul etdiyini göstərir. Erməni anaları öz oğullarını yeni müharibələrə və keçmiş liderlərə vermək istəmirlər. Ən nəhayət, Qarabağ ermənilərinin acınacaqlı durumu göstərir ki, Xankəndinin gələcəyi, orada yaşayanların rifahı yalnız Azərbaycanla bağlıdır! Bu fikrin alternativi yoxdur. Ordumuzun bütün sərhədlərdə strateji yüksəkliklərdə möhkəmlənməsi bu perspektivi daha da möhəmləndirir. Lakin qələbəmizin bir ili qarşısında ədəbi əsərlərin, mədəniyyət nümunələrinin, marşların, simfoniyaların və kitabların azlığı təəssüf doğurur. Axı yaddaşı satın almaq olmur, onu itirəndən sonra çətin bərpa edilir. Tarixi qaliblər yazır, sözü əbəs deyilməyib. Şoloxov, Simonov, Erenburq və digər görkəmli qələm sahibləri kimi Azərbaycanın ədəbiyyat və sənət adamları Zəfərimizin daş abidələrini yaratması mühüm milli vəzifə kimi qarşıda durur.
 
Siyasətçilər, diplomatlar və ordumuzun səngərdəki davasını qələm savaşında da davam etdirməyə borcluyuq!"

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol