• $
  • €
  • ₽
  • ₺
  • £

İran öz siyasətinin girovudur

İran öz siyasətinin girovudur
07.10.2021 15:08
Son günlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsindəki səbəblərin təhlili əsas mövzuya çevrilib. Qeyd edək ki, vəziyyətin pisləşməsi, demək olar ki, İranda prezident seçkilərindən sonra hakimiyyətin dəyişməsi və keçmiş baş prokuror İbrahim Rəisinin dövlət başçısı vəzifəsinə seçilməsi ilə eyni vaxta təsadüf edib. Konservativ dairələrin mövqeləri yenidən möhkəmlənib, bu da xarici siyasətə təsirini göstərib. Bu zaman Azərbaycana qarşı hücumlara yön verən ölkə lideri Xamneyinin xətti açıq-aşkar üzə çıxır.

Amma konservatorların gəlişi yeganə səbəb deyil. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra Tehranın regionda mövqeyi zəifləyib və o, Bakıya təsir vasitələrinin böyük hissəsini itirib. Bu, iki ölkə arasında 132 km-lik sərhədin işğaldan azad edilməsi və Bakının böyük su hövzələrinə - "Qız Qalası” və "Xudafərin”ə çıxış əldə etməsi ilə bağlıdır.
İndi İran təkcə suyu deyil, bu stansiyalardan əldə edilən elektrik enerjisini də bölməlidir – iki ölkə sərhədində bu stansiyalar məhz bu şərtlərlə tikilmişdi.
Bundan başqa, Türkiyə öz hərbi potensialı ilə regiona gəlib. Bütün bunlar türk amilini çox təhlükəli amilə çevirib və Tehran Cənubi Azərbaycanda separatizmin fəallaşacağını gözləyir.
Tehranın kəskin addımları Moskvada anlayış və dəstəklə qarşılanmayıb.
Orada açıq şəkildə bildiriblər ki, Rusiyanı "sionistlərin” regionda iştirakı deyil, əksinə, İranın kəskin addımları qorxudur. Bundan başqa, Tehranın düşünülməmiş hərəkətləri sülh və kommunikasiyaların açılması prosesini poza bilər.
İranın bu məsələlərdə Türkiyəni regiondan sıxışdırıb çıxarmağa və Rusiyaya öz gündəliyini diktə etməyə yönəlmiş xəttini tətbiq etmək cəhdi Ankara və Moskvanı açıq-aşkar qəzəbləndirir.

Tehranın sərt xəttinin qorunub saxlanması İranın mövqeyinə zərbə vuracaq. Bakının və Ankaranın etibarını itirən Tehran Ermənistana gedən bir quru yolu xətrinə Yerevanla isti münasibətlərlə kifayətlənəcək.
Amma Ermənistan yolların, o cümlədən Zəngəzurdan keçən dəmir və avtomobil yollarının açılmasında maraqlıdır. Bakıdan Naxçıvana Ermənistan ərazisindən keçən uçuşlar göstərib ki, İrandan fərqli olaraq, Ermənistan vəziyyətin gələcək inkişafını nəzərə almağı bacarır.
İndiyədək İran Azərbaycanın sanksiyaların yumşaldılması və ya onların aradan qaldırılması üçün ona siyasi və beynəlxalq dəstək göstərəcəyindən əmin idi, amma indi bu, çətin ki baş versin. Tehran regionda məsələlərin onsuz həll ediləcəyi fikri ilə barışmalı olacaq. (Turan IA)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol