• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs edilən hərəkat sədrinin anası prezident və vitse prezidentə müraciət etdi

Həbs edilən hərəkat sədrinin anası prezident və vitse prezidentə müraciət etdi
12.10.2021 13:25
Azərbaycan Avropa Hərəkatının həbsdə olan sədri Ramin Hacılının anası Hürü Hacıyeva Prezident İlham Əliyevə müraciət edib. 

Eyni məzmunlu müraciət Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova və Baş prokuror Kamran Əliyevə də ünvanlanıb.

Hürü Hacıyevanın həmin müraciətini təqdim edirik:


"Çox hörmətli möhtərəm Prezident və Mehriban xanım!

Mən Ramin Hacılının anasıyam. Oğlum hazırda həbsdədir. Onu nəyin üstündə həbs ediblər, bilmirəm. Ancaq onu bilirəm ki, Ramin heç vaxt dövlətinə, insanlara və vətəninə zərər verəcək iş tutmaz. Buna adım kimi əminəm.


Hörmətli Mehriban xanım, Ramin uşaq olanda biz Füzuli rayonundan qaçqın düşdük. Həmin əzablı illərdə mən və atası ağır xəstələndik. Mən asma xəstəsi, atası xərçəng oldu. Həmin vaxt 11 yaşı olan Ramin biz və özündən 2 yaş balaca qardaşına baxmaq üçün işləməyə başladı. Eyni vaxtda dərslərini də yaxşı oxuyurdu. Mənim uşağım vaqonda böyüyüb, doyunca uşaqlıq yaşaya bilməyib. Bu, azmış kimi 10 ildən çox yataq xəstəsi olan atası dünyasını dəyişəndə Ramin çox böyük sarsıntı keçirdi. Həmin vaxt əmisini, 9 yaşlı bibisi oğlunu, nənəsini itirən övladlarım nə acılar yaşadı, bunu dillə ifadə etmək imkansızdır. Həyatı həmişə əzablar içində olan övladımın nə evi, nə maşını, nə mülkü var. 2014-cü ildə ailə həyatı qursa da, hələ də kirayələrdə yaşayır. Ramin ailəsinə baxmaq üçün bütün günü işləyirdi. 2018-ci ildə işləri birdən pisləşdi və həbs olundu. Çoxlu borcu yaranmışdı. Cənab Prezidentimizin göstərişi ilə 2019-cu ildə azadlığa çıxdı. Qardaşının, dostlarının, qohumlarının, yaxşı insanların sayəsində borcunun bir hissəsini qaytardı. Bütün günü işləyirdi. Arada yazığım gəldiyindən "bir az dincəl” deyirdim. Həmişə cavab verirdi  ki, "ana dövlət mənə şans verib, özümü doğrultmalıyam”. Beləcə borclarını tam ödəyib qurtarmaq üzrə idi ki, onu yenə köhnə işinə görə və müxtəlif bəhanələrlə həbs etdilər. İşi ilə tanış olan vəkilinin sözlərinə əsaslanaraq "müxtəlif bəhanələr” deyirəm. Ancaq 5-6 il əvvəlki işə görə Raminin yenidən, üçüncü dəfə istintaqa cəlb edilməsinə heç bir ad verə bilmirəm.


Əziz Mehriban xanım!

Ona görə deyirəm və əminəm ki, Ramin heç vaxt dövlətinə və insanlara məqsədli şəkildə ziyan vurmaz, onu çox yaxşı tanıyıram. Bəlkə 10 dəfə o kimisə evə gətirib ki, "ana bu uşaq evsizdir, kirayə tapanacan səninlə qalsın”. Onun dostları, tanışları mənə Raminin etdiyi o qədər yaxşılığı danışıblar, danışırlar ki, elə bilirəm, oğlum rəhmətə gedib. Bir ana kimi məni başa düşəcəyinizə əmin olduğum üçün sizə bu müraciəti edirəm. Siz də anasınız, övladlarınız da xeyirxahdır, özünüz də. Ramin tutulan gün bizə əvvəl xəbər göndərmişdi ki, "pişikləri həyətə buraxmışam, onları evə salın, yaxşı da baxın”. O balaca pişiklərin anasını maşın vurmuşdu, Ramin də balalarını gətirib evdə saxlayırdı. Necə ki, sizin də övladlarınız humanist və xeyirxahdır, buna görə də onlarla fəxr edirsiniz, istərdim Raminlə də fəxr edəsiniz. Axı analar bütün balalarına qarşı rəhmli olur, onları qorumağa çalışır. Siz qazilərimizlə görüşdə doluxsunmuşdunuz. Şəhid ailələrinə, köməyə ehtiyacı olanlara necə qayğı göstərdiyinizi hər kəs bilir. Bunu bildiyim üçün sizdən xahiş edirəm, mənə kömək edin. Raminin gözləri çox zəifdir. Həkimi axırıncı dəfə demişdi ki, göz kanalları tutulur, dərman da yazmışdı. İndi dörd divar arasında gözləri çox zəifləyəcək deyə çox narahatam. Sizdən xahiş edirəm, mənim həbsxana yollarında qalmağıma, Raminin məhv olmasına imkan verməyin”. (Qaynarinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol