• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın erməni dili ilə bağlı fikri tənqid olundu

Deputatın erməni dili ilə bağlı fikri tənqid olundu
14.10.2021 14:36
Ötən gün Milli Məclisin Xankəndi seçki dairəsindən seçilmiş deputatı, "Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına töhfə vermək üçün erməni dili kursları təşkil edilməsi ilə bağlı tviti sosial şəbəkələrdə müzakirələrə səbəb  olub. Gəncəliyevin paylaşımında, həmçinin "Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”, - deyə cümlə də qeyd olunub.

Müzakirələrdə iştirak edənlər deputatın fikirlərini birmənalı qarşılamayıb. Bildirilib ki, erməni əsilli Azərbaycan vətəndaşları bizim cəmiyyətimizə inteqrasiya olunduğu üçün onların Azərbaycan dilini öyrənmələrinə ehtiyac var.
Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərini öz vətəndaşı sayır və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasına hazırdır.

Bir sıra ictimai və rəsmi şəxslər də çıxışlarında qeyd ediblər ki, erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizin qanunvericiliyinə və Konstitusiyamıza tabe olduqları müddətdə, Azərbaycanın tamhüquqlu vətəndaşları sayılırlar. Belə olduğu təqdirdə, Qarabağ ermənilərinin bizim Konstitusiyamızda və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi müqavilələrdə əks olunan bəndlərlə bütün hüquqi vəzifələrə malikdirlər və bundan da istifadə edə bilərlər. Həmin ərazilərdə idarəetmə tam olaraq Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. 

Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Onların digər vətəndaşlar kimi bütün hüquq və azadlıqları dövlət tərəfindən təmin edilir.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı həmkarının müzakirələrə səbəb olan fikirləri ilə bağlı açıqlama verib. 

Deputat erməni əsilli azərbaycanlıların Azərbaycana yaxınlaşması məsələsində erməni dilinin öyrədilməsinin nə kimi mənası olduğunu sorğulayıb: 
"Azərbaycana yaşamaq üçün kim gəlirsə, vətəndaş kimi bizim cəmiyyətə inteqrasiya olunub qarışması üçün biz onların dilini öyrənməliyik?! Əvvəla, keçmiş Dağlıq Qarabağda yaşayanlar və indi də orada qalan ermənilərin hamısı Azərbaycan dilini çox yaxşı bilirlər. Onlar üçün bu məsələdə heç bir problem yoxdur. Sabah Rusiya sülhməramlıları getsə, ermənilər Azərbaycanın digər bölgələrinə gəlib getsələr, sərbəst Azərbaycan dilində danışacaqlar. Biz azərbaycanlıların erməni dilini öyrənməsinə ehtiyacı yoxdur. Ermənilərin Azərbaycan dilini öyrənməsi zəruridir. Çünki Azərbaycanda doğulmuş ermənilərin çoxu bizim dilimizi kifayət qədər mükəmməl bilirlər.

Ümumiyyətlə isə, ölkəmizdə qonşu dövlətlərin və ya  başqa xalqların dilini öyrədən kursların olması normal haldır. Erməni dili, gürcü dili ilə maraqlananlar üçün kim istəyirsə, kurs aça bilər. Burada qeyri-adi bir şey yoxdur”.

( Qafqazinfo.az)
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol