• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min avro ayırıb

Fransa Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min avro ayırıb
15.10.2021 11:54
"Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Müharibənin yaratdığı geosiyasi reallıqlar, Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik formatı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, regionda gedən proseslərə təsir imkanlarının daha da artmasına səbəb olub. Dünyanın aparıcı ölkələri Azərbaycanla əməkdaşlığın nə qədər vacib olduğunu daha düzgün qiymətləndirir. Bu baxımdan Fransanın son dövrdə atdığı addımları keçmişdə baş verən xoşagəlməz halların və anlaşılmazlıqların aradan qaldırılması məqsədi daşıyan xoşniyyətli təşəbbüslər kimi qiymətləndirmək olar”.

Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi günlərində Fransanın nümayiş etdirdiyi qeyri-konstruktiv möqeyinə baxmayaraq, bu gün Fransanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etmək niyyəti məcburi köçkünlərin öz evlərinə qayıtması prosesinin sürətləndirilməsi, regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətli bir təşəbbüsdür. Dünən Fransanın Piyadalar Əleyhinə Minaların Məhv Edilməsi üzrə Milli Komissiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Komissiyanın sədri, baş katibi, XİN-nin nümayəndəsi və Fransa Milli Assambleyasının üzvü daxildir. Səfərin məqsədi Azərbaycanla Fransa arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən tədbirlər planını müvafiq dövlət qurumları ilə müzakirə etməkdir. Bu istiqamətdə ANAMA ilə Anlaşma Memoirandumunun imzalanması gözlənilir. İmzalanacaq memorandum çərçivəsində cari ildə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Fransa Milli Komissiyası tərəfindən 500 000 avro maliyyə yardımı ayrılıb. Nümayəndə heyəti ilə Azərbaycan-Fransa Parlamanetlərarası əlaqələr üzrə işçi qrupun üzvləri arasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri hörmətli Ziyafət Əsgərovun da iştirakı ilə dünən keçirilən görüşdə bir sıra məsələlər müzakirə olundu. Görüş zamanı Komissiyanın Baş Katibi 2022-ci ildən Avropa İttifaqına Fransanın sədrlik edəcəyi dövdə minaların qadağan olunması haqqında Ottava Konvensiyası çərçivəsində minalardan təmizlənmə istiqamətində böyük işlərin görüləcəyini və bu çərçivədə Azərbaycana böyük dəstək göstəriləcəyini xüsusi vurğulamışdır. Fransa eyni zamanda, mina partlayışlarından zərər çəkmiş, sağlamlığını itirmiş insanların reabilitasiyasına da dəstək vermək niyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinin iştirakı ilə biz Fransanın Azərbaycandakı səfiri Zakari Qrosla bu sahədə görüləcək işlərin əsas istiqamətlərini müzakirə etmişik”.

Deputat bildirib ki, həyata keçiriləcək bu layihələr Fransanın işğaldan azad olunmuş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, regiona sabitliyin və sülhün gəlməsinə nə qədər ciddi önəm verdiyini göstərir. Bu həm də Fransanın dostluq jesti kimi qəbul edilə bilər. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycan xalqı və dövləti üçün ən mühüm məsələlərdən biridir. Hesab edirəm ki, bu əməkdaşlıq Azərbaycan-Fransa münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanması üçün çox yaxşı zəmin formalaşdıracaq. (Report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol