• $
  • €
  • ₽
  • ₺
  • £

Telman İsmayılov siyasi sığınacağı necə əldə edib?

Telman İsmayılov siyasi sığınacağı necə əldə edib?
23.10.2021 12:53
Monteneqro parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Milan Knejeviç azərbaycanlı iş adamı Telman İsmayılova bu ölkədə siyasi sığınacaq verilməsinə münasibət bildirib.

Onun sözlərinə görə, bu məsələdə ölkənin Daxili İşlər Nazirliyinə və məhkəməyə nüfuzlu şəxslər tərəfindən təzyiq göstərilib.
"Bir neçə gün öncə Telman İsmayılovun siyasi sığınacaq əldə edəcəyinə dair məlumat aldım və bu, artıq təsdiqləndi. Ona siyasi sığınacaq verilməsi bütün qaçaq cinayətkarlar üçün reklam olacaq. Monteneqronun "qaçaq cinayətkarlar üçün cənnət” statusu bu hadisə ilə bir daha da təsdiqləndi. İsmayılov kimi bir çox insanlar siyasi sığınacaq, iqtisadi vətəndaşlıq (investisiya müqabilində) və pasport aldı”, - deyə Knejeviç bildirib.

T.İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib.
 
T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb. "Çerkizov bazarı”nın keçmiş sahibi bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında saxlanılıb, ötən gün isə siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol