• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçiləri DİN başçısı Vilayət Eyvazovla görüşüb

Hüquq müdafiəçiləri DİN başçısı Vilayət Eyvazovla görüşüb
04.12.2021 14:02
Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı dekabrın 3-də DİN başçısı Vilayət Eyvazovla görüşüblər.

"Görüşdə insan hüquqları ilə bağlı bizdə narahatlıq doğuran bir sıra məsələləri müzakirə etdik. Əlbəttə ki, Tofiq Yaqublunun məsələsi, dekabrın 1-də aksiyada saxlanıldıqdan sonra onun vəziyyəti diqqət mərkəzində olub", deyə Qocamanlı qeyd edib.

DİN başçısı polis əməkdaşları tərəfindən Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib, bununla belə, müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduğumuzu qeyd edib, deyə Qocamanlı bildirib.

Onun sözlərinə görə, nazir hüquq müdafiəçillərində narahatlıq doğuran məsələlərlə bağlı Monitorinq Qrupu iə dialoqa hazır olduğunu bildirib.
"Bu, çox vacibdir, belə ki, DİN başçısı eyni zamanda Əfv Komissiyasının üzvüdür. Məlum olduğu kimi, əfv institutu siyasi məhbusların azad edilməsi üsullarından biridir", deyə Qocamanlı qeyd edib.

Ümumilikdə siyasi məhbuslar məsələsinə toxunan hüquq müdafiəçisi bildirib ki, bu gün Saleh Rüstəmovun taleyi Monitorinq Qrupunun ən böyük narahatçılığına səbəb olur.

"O, artıq 28 gündür aclıq edir. Qrupumuz noyabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkib. Onun vəziyyəti narahatlıq doğurur. Hesab edirik ki, Birinci Qarabağ müharibəsindəki xidmətləri, Başkənd əməliyyatını həyata keçirməsi, habelə əlil oğlu olduğu nəzərə alınaraq, Saleh Rüstəmov azad edilə bilər və edilməlidir", deyə Qocamanlı bildirib.

Onun sözlərinə görə, məsələnin operativ həlli yollarından biri ona irəli sürülən ittihamların daha yüngül maddələrə tövsif edilməsi və onun həbsdən azad edilməsidir və bu qərarı Ali Məhkəmənin Plenumu qəbul edə bilər.

"Saleh Rüstəmova baş çəkməyimizdən və icra, qanunvericilik və məhkəmə hakimiyyətinin nümayəndələri ilə görüşümüzdən sonra bu şəxsin azad edilməsi məsələsinin müsbət həllinə ümid yaranmağa başlayıb. Təəssüf ki, meydanlarda, KİV-də, sosial şəbəkələrdə ultimatumlarla Rüstəmovun azad edilməsinə nail olmaq cəhdləri yalnlz bu istiqamətdəki səylərə xələl gətirir", deyə Qocamanlı bildirib.

Bununla belə, Qocamanlı qeyd edib ki, hüquq müdafiəçiləri Rüstəmovun azad edilməsi üçün səyləri davam etdirəcəklər.

"Bu ziyalı, nəcib insan hansısa siyasi oyunların qurbanı olmamalıdır", deyə Qocamanlı qeyd edib.

* Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol