• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür

XİN: Törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür
11.04.2023 18:26
Ermənistanın Qarabağda  təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır",- açıqlamada qeyd olunub.

XİN-in bəyanatında qeyd olunur ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Nəticədə Azərbaycan və Ermənistan tərəfinin hərbi qulluqçuları şəhid olub. Şəhid və yaralılar barəsində Müdafiə Nazirliyi hələlik açıqlama vermir.
 
Gülnar

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Siyasət 23:11
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Siyasət 20:34
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:29
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 18:05
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Siyasət 17:34
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
2027-ci ildə işsizlərin yalnız 19,2 mininə sığorta ödənişi veriləcək - deputat- video
Siyasət 16:20
2027-ci ildə işsizlərin yalnız 19,2 mininə sığorta ödənişi veriləcək - deputat- video
İlham Əliyev bu sənədləri təsdiqləyib
Siyasət 15:53
İlham Əliyev bu sənədləri təsdiqləyib
Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur
Siyasət 15:29
Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Siyasət 14:27
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol