• $
  • €
  • ₽
  • ₺
  • £

Fransanın xarici işlər naziri Ermənistanda Azərbaycanı yenə günahlandırdı

Fransanın xarici işlər naziri Ermənistanda Azərbaycanı yenə günahlandırdı
28.04.2023 16:55
Fransanın xarici işlər naziri Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirməsini pisləyərək iki ölkə arasında razılaşdırmalara zidd olduğunu açıqlayıb. Bu barədə cümə günü Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

"Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması iki ölkə arasında mövcud atəşkəs razılaşmalarına ziddir və əgər Bakının başqa narahatlığı varsa bunun üçün alternativ başqa addımlardan istifadə edə bilərdi",- nazir əlavə edib. 
 
Mirzoyan əlavə edib ki, İrəvan Laçın dəhlizinin blokunun açılması məsələsi ilə bağlı Bakı ilə danışıqlar aparmağa hazırlaşmır, çünki bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində həll olunub.
 
"Laçın dəhlizinin bağlanması qanunsuzdur. Sülh sazişi üzrə ciddi irəliləyiş əldə etmək üçün bu bənd, eləcə də digər sazişlər yerinə yetirilməlidir", - deyib.
 
Cümə axşamı Azərbaycanda olan Fransanın xarici işlər naziri Azərbaycanın xarici işlər naziri ilə göörüşündə də Laçında keçid məntəqəsinin qoyulmasını pisləyib.  Nazir Ceyhun Bayramov Ketrin Kolona cavab olaraq bildirib ki, "Ermənistanın Qarabağa mina daşımasına görə Fransanın hər hansı bir etiraz açıqlamasını görməmişik". 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Siyasət 23:11
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Siyasət 20:34
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:29
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 18:05
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Siyasət 17:34
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
2027-ci ildə işsizlərin yalnız 19,2 mininə sığorta ödənişi veriləcək - deputat- video
Siyasət 16:20
2027-ci ildə işsizlərin yalnız 19,2 mininə sığorta ödənişi veriləcək - deputat- video
İlham Əliyev bu sənədləri təsdiqləyib
Siyasət 15:53
İlham Əliyev bu sənədləri təsdiqləyib
Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur
Siyasət 15:29
Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Siyasət 14:27
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol