• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib
11.05.2023 18:25
Xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sridharan Madhusudhanan ilə görüşüb.

Bu barədə  XİN-dən məlumat verilib.

Ceyhun Bayramov səfir Sridharan Madhusudhananın etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıqdan bəhs edərək, münasibətlərin inkişafı üçün mövcud potensialdan istifadənin vacibliyini vurğulayıb. Bu xüsusda, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələrin, qarşılıqlı səfərlərin faydalı olduğu diqqətə çatdırılıb. Azərbaycan və Hindistan arasında ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində çoxtərəfli əməkdaşlıq təcrübəsinə sadiqliyin əhəmiyyətini qeyd edib.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, mövcud çağırışlara və çətinliklərə baxmayaraq Azərbaycanın bölgədə sülhün alternativinin olmadığına inandığını, habelə sülh quruculuğu sahəsində səylərin davam etdirilməsində qərarlı olduğunu diqqətə çatdırıb. Beynəlxalq ictimaiyyətin normallaşma prosesinə dəstəyinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, eyni zamanda bölgədə Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Səfir Sridharan Madhusudhanan qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Azərbaycan və Hindistan arasında dostluq, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının mühüm olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Siyasət 23:11
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsinə yardım göstərə bilər
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Siyasət 20:34
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:29
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 18:05
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Siyasət 17:34
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
2027-ci ildə işsizlərin yalnız 19,2 mininə sığorta ödənişi veriləcək - deputat- video
Siyasət 16:20
2027-ci ildə işsizlərin yalnız 19,2 mininə sığorta ödənişi veriləcək - deputat- video
İlham Əliyev bu sənədləri təsdiqləyib
Siyasət 15:53
İlham Əliyev bu sənədləri təsdiqləyib
Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur
Siyasət 15:29
Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Siyasət 14:27
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol