• $
  • €
  • ₽
  • ₺
  • £

İyunun 8-də Minskdə KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək

İyunun 8-də Minskdə KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək
05.06.2023 23:01
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şuraları Katibləri Komitəsi iyunun 8-də Minskdə keçiriləcək iclasda assosiasiyanın məsuliyyət zonasında çağırış və təhdidləri müzakirə edəcək. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.


"İyunun 8-də Minskdə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək”, -o bildirib.


Zaynetdinovun qeyd etdiyi kimi, görüş zamanı KTMT-nin "Nemnik” regional antiterror əməliyyatının keçirilməsi, KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komandanlıq və nəzarət orqanlarının və birləşmələrinin hazırlığı ilə bağlı sənədlərə baxılması planlaşdırılır. 

"İclas iştirakçıları KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə çağırışlar və təhdidlər, onların zərərsizləşdirilməsi tədbirləri ilə bağlı müzakirələr aparacaqlar", - o əlavə edib
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

 
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
Siyasət 00:10
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Siyasət 23:14
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol