• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov və Mirzoyan görüşü təxirə salınıb-YENİLƏNİB

Ceyhun Bayramov və Mirzoyan görüşü təxirə salınıb-YENİLƏNİB
08.06.2023 16:36
Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər nazirir Mirzoyanın Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Bu barədə "Supitnik Armenia"məlumat verilib.

"Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu Azərbaycan tərəfinin xahişi ilə təxirə salınır”, - Badalyan Ermənistan XİN-in sözçüsü Ani Badalyan jurnalistlərə açıqlamasında bildirib.

Bildirilir ki, iclasın yeni tarixləri barədə ictimaiyyətə lazımi şəkildə məlumat veriləcək.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Anews.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. 

"Görüş yaxın zamanlarda baş tutacaq.Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur",- mətbuat katibi əlavə edib.

Mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub. Tərəflər Laçın dəhlizində Azərbaycanın "blokadası" ilə bağlı humanitar vəziyyətlə bağlı məsələlərə toxunublar.

Mayın 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçirilib. Regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması, iki ölkə arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş, əhalinin hüquq və təhlükəsizliyi ilə bağlı problemlərin həllinin zəruriliyi ilə bağlı məsələlər- Qarabağ, eləcə də itkin düşmüş məhbuslarla və digər humanitar məsələlər müzakirə olunub. 
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
Siyasət 00:10
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Siyasət 23:14
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol