Seymur Mərdəliyev Türkiyənin Ukraynadakı səfiri ilə görüşüb
12.06.2023 21:09
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Türkiyənin bu ölkədəki səfiri Yağmur Ahmet Güldere ilə görüşüb.
Bu barədə azərbaycanlı diplomat twitterdə bildirib.
"Can Türkiyənin Ukraynadakı Səfiri, dəyərli qardaşım Yağmur Ahmet Güldere ilə tanış olmaqdan məmnun oldum. "Bir millət iki dövlət” şüarı ilə Kiyevdə əməkdaşlıq edəcəyik” – diplomat vurğulayıb.