• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya MN-in “Vaqner”i raketlə vurduğu deyilir

Rusiya MN-in “Vaqner”i raketlə vurduğu deyilir
23.06.2023 23:39
"Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib.

Yeniavaz.com xəbər verir ki, onun sözlərinə görə, PMC-nin sıralarında çoxlu qurbanlar var.
Priqojin hadisənin dəqiq harada baş verdiyini açıqlamayıb.

Belə ki, Priqojinin Teleqram kanalında yayılan səs yazısında onun səsinə bənzər bir səs PMC-nin "ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğunu bəyan edib. Priqojin yollarına mane olan bütün sədləri və istənilən təyyarəni məhv edəcəyini vəd edib. O, ədalətin bərpasından sonra "Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib.

O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.
Rusiya Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Priqojinin adından sosial şəbəkələrdə Rusiya hərbçilərinin "Vaqner” PMC-nin arxa düşərgələrinə endirdiyi zərbə ilə bağlı yayılan bütün mesajlar və videogörüntülər həqiqətə uyğun deyil və informasiya təxribatıdır.

Məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin Mətbuat katibi Dmitri Peskov da açıqlama verib:
"Vladimir Putin Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır və bütün lazımi tədbirlər görülür”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Siyasət 23:14
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Siyasət 20:02
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol