• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycanla Ermənistan arasındakı danışıqları dəstəklədiyini təsdiqləyib

ABŞ Azərbaycanla Ermənistan arasındakı danışıqları dəstəklədiyini təsdiqləyib
11.07.2023 15:35
ABŞ Azərbaycan və Ermənistan arasında olan danışıqları dəstəklədiyini təsdiqləyib. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. 
 
"Düşünürəm ki, uğurun başqa bir əlaməti hələ də dəstəklədiyimiz danışıqların davam etdirilməsi olacaq. Biz razılaşmanın mümkün olduğuna inanmaqda davam edirik və yaxın aylarda növbəti danışıqları səbirsizliklə gözləyirik", - mətbuat rəhbəri bu barədə ABŞ Dövlət Departamentinin xidməti brifinqdə məlumat verib.

"Növbəti Ermənistan-Azərbaycan görüşü Vaşinqtonda keçiriləcəkmi?” sualına Miller ətraflı məlumat verməkdən yayınıb. 

Xarici işlər nazirləri səviyyəsində Ermənistan-Azərbaycan danışıqlarının əvvəlki raundu iyunun 27-29-da Vaşinqtonda baş tutub. 

İyunun 16-da Ermənistanın baş naziri bildirib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistanın liderlərinin görüşü gözlənilir. 

Bundan əvvəl, mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.
 
Gülnar 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Siyasət 23:14
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Siyasət 20:02
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol