Ceyhun Bayramovun Türkiyəyə səfərinin gündəliyi açıqlanıb
29.07.2023 16:50
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin, əməkdaşlığımızın müxtəlif aspektləri müzakirə olunacaq. Həmçinin regional hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq", - məlumatda qeyd edilib.