• $
  • €
  • ₽
  • ₺
  • £

Ayxan Hacızadə Meşəli qətliamının iştirakçısının saxlanılması ilə bağlı Ermənistan XİN-ə cavab verib

Ayxan Hacızadə Meşəli qətliamının iştirakçısının saxlanılması ilə bağlı Ermənistan XİN-ə cavab verib
29.07.2023 20:03

Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır.

Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Twitter"də yazıb.

Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq, Hacızadə qeyd edib ki, haqqında sözügedən 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.

Hacızadənin sözlərinə görə, istintaq müəyyən edib ki, Xaçaturyan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır.

Vaqif Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Siyasət 23:14
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Siyasət 20:02
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol