• $
  • €
  • ₽
  • ₺
  • £

XİN BMT-nin İnsan Hüquqları Şurasının Laçın yolu ilə bağlı bəyanatına şərh verib

XİN BMT-nin İnsan Hüquqları Şurasının Laçın yolu ilə bağlı bəyanatına şərh verib
07.08.2023 22:43

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən "Laçın dəhlizinin” blokadada saxlandığı və "Dağlıq-Qarabağ” bölgəsində "gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur və BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
 
30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur:
"Bununla yanaşı, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda "Dağlıq-Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir.

Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb".

Əlavə edilib ki, Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib:
"Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta "gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.

Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlardan çəkinilməsi və təhlükəsiz keçidə zəmamət verilməsinə dair çağırışlara baxmayaraq Ermənistan tərəfi yenə də təxribatlarını davam etdirib. Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır.

Azərbaycanın suveren ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məsələsinə gəldikdə isə, bunun üçün Azərbaycan tərəfindən "Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması "humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib”.

Azərbaycan, hal-hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürüb. Bu səyləri dəstəkləmək əvəzinə qərəzli bəyanatlar verilməsi prosesə müsbət təsir etməyəcək".
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Siyasət 23:14
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Siyasət 20:02
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol