• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml Paşinyanın bu təklifini rədd edib

Kreml Paşinyanın bu təklifini rədd edib
05.09.2023 13:28
Kreml Ermənistanın baş nazirinin Rusiyanın qonşu Azərbaycanla qarşıdurması fonunda Ermənistanın təhlükəsizliyini təmin edə bilməməsi və daha geniş regionda rolunu dayandırması ilə bağlı təklifini rədd edib. Bu barədə Rusiya mətbuatı yazıb. 

Mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml Nikol Paşinyanın açıqlamaları ilə razı deyil və Rusiya Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynamağı planlaşdırır.
 
Prezidentin sözçüsü onu da əlavə edib ki, hazırda Rusiyada Ermənistandan çox erməni vətəndaşları yaşayır. 
 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı  Arzu Nagiyev bildirir ki, Nikol Paşinyan dəfələrlə öz çıxışında Rusiyanın həm Qarabağda olan sülhməramlı qüvvələrinin, həm də Ermənistanda yerləşən hərbi bazanın birmənalı şəkildə guya Ermənistanın təhlükəsizliyinə olan təhdidin qarşısını almamaqda günahlandırır.
 
"44 günlük müharibədə də Rusiyanın hərbi kontingentinin bu proseslərə müdaxilə etməməsini, dəfələrlə ölçməməsini öz çıxışında deyib. Bundan başqa son vaxtlar verilən bəyanatlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olan Rusiyanın sərhəddə baş verən münaqişələrə, ermənilərin törətdiyi təxribatlara birmənalı şəkildə reaksiya verməməsini və bunun günahının məhs Rusiyan tərəfdə olmasını bəyan edir. Dəfələrlə erməni tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olmasını bəhanə edərək, sərhəddə müxtəlif təxribatlar törədirlər və çalışırlar ki, Rusiya qoşunları bu məsələyə müdaxilə etsinlər. Rusiya başa düşür ki, regionda ata biləcəyi hər hansı bir hərbi addım digər dövlətin daxili işinə qarışmaqdır. Buna görə də, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitrinin verdiyi açıqlama sırf Ermənistan ərazisində olan hərbi kontingentə aiddir. Məlumdur ki, NATO və Rusiyanın bu gün ki gərginliyi pik nöqtəsindədir. Həmin sərhədlərdən biri də məhz Türkiyə Ermənistan sərhəddir. Düşünürəm ki, orda olan baza, hərbi hava qüvvələri və Rusiya sülhməramlılarının missiyası tam başqadır. Sülhməramlılar sülh müqaviləsi imzalandıqdan sonra sülhün bərqərar olandan sonra müvafiq sənədə uyğun olaraq əraziləri tərk etməlidirlər",-deputat bildirib.
 
Siyasi məsələlər üzrə politoloq Tural İsmayılovun sözlərinə görə, Ermənistan hakimiyyətinin "Soroscu"  və antirusiya mövqeyində olmağı bəlli olan bir məsələdir.
 
"Tarixdə ilk dəfədir ki, Rusiya Ermənistanda bu qədər razılaşmadığı mövqeylərini bəyənmədiyi hakimiyyətlə dialoq aparır, ancaq istənilən halda Nikol Paşinyanın iki üzlü olmağı da Rusiya üçün bəlli olan bir məsələdir. Hazırda Ermənistan hakimiyyəti ilə Rusiya arasındakı siyasi çarxlar gün keçdikcə daha da dərinləşəcək və bu gün Paşinyanın Fransa ilə yaxın əlaqələri Avropa İttifaqının mülki müşahidə missiyası adı altında qərb casus şəbəkələrini Ermənistan sərhədlərinə gətirib doldurmağı Rusiya tərəfindən qəbul edilməz bir proses kimi dəyərləndirilir. Ermənistan Rusiya münasibətlərinin korlanmağından dolayı bu gün ki Ermənistan hakimiyyətinin Ermənistanın içərisindən Rusiya yönümlü qüvvələri tərəfindən ciddi şəkildə tənqid edilir. Əlbəttəki Rusiyanın Ermənistana təzyiq imkanları kifayət qədər çoxdur. Məsələn Rusiya istədiyi vaxt milyonlarla Ermənistan vətəndaşını Rusiyadan qova bilər və yaxud hərbi bazası ilə təsir edə bilər. Rusiya sülhməramlıları təbii ki, 5 il tamamlandıqda əraziləri tərk edəcəklər. Amma bu Ermənistanin hansısa bir siyasi riyakarlığı və dönüklüyü Rusiyaya qarşı çıxdığına görə olmayacaq. Bu ərazilər Azərbaycan əraziləridir",- Ismayılov vurğulayıb.
 
Sentyabrın 2-də  İtaliyanın "La Repubblica” qəzeti Paşinyanın müsahibəsini dərc edib. Orada o, Rusiyanın özünün tədricən Cənubi Qafqazdan çəkildiyini bəyan edib.

Daha sonra Rusiyanın diplomatik mənbəsi TASS-a bildirib ki, bu məqsədə çatmaq üçün Ermənistandan vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə çıxarmağa cəhd edilir.

Aytac Zeynalova 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Siyasət 20:02
Азербайджан и Великобритания обсудили вопросы региональной безопасности
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Siyasət 18:30
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Siyasət 17:53
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Siyasət 16:26
Deputat dünyanın 100 ən böyük şirkəti ilə bağlı hökumətə çağırış edib- Video
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil- VİDEO
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol