• $
  • €
  • ₽
  • ₺
  • £

Tehrandakı səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb - İran XİN

Tehrandakı səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb - İran XİN
25.12.2023 13:05
Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb. Bunu İranın xarici işlər nazirinin sözçüsü Naser Kənani deyib.  
 
"İran və Azərbaycan prokurorlarının görüşünün nəticələrini və iki ölkə arasında münasibətlərin nizamlanması səylərini və Azərbaycanın Tehrandakı səfirliyinin işini müsbət qiymətləndirib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsinin hazırlanır və istiqamətdə işlər yaxşı gedir. Biz iki ölkə arasında digər sahələrdə də əlaqələrin inkişafında yaxşı hadisələrin şahidi oluruq", - İran mətbuatı XİN rəsmisinə istinadan yazıb. 
 
Oktyabrın 9-da XİN rəsmisi vurğulayıb ki, Azərbaycanın Tehrandakı səfirliyi açılması ilə bağlı konsensus var  və tezlikdə səfirlik işini bərpa edəcək.
 
Tehranda Azərbaycan səfirliyində terror aktını törədən şəxslə bağlı İran məhkəməsi tərəfindən yekun qərar qəbul edilməyib. 
 
Oktaybrın 2-də Azərbaycan televiziyası açıqlama yayaraq bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən Yasin Hüseynzadə barəsində İranın Ali Məhkəməsi tərəfindən edam hökmü çıxarılıb. 
 
Tehrandakı terror hadisəsindən sonra Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırılıb. 
 
Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
 
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin səbəbkarına ağır və şiddətli cəza veriləcək. 
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar Nazimqızı 

 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Parlamentdə büdcə müzakirələri başlayıb
Siyasət 11:05
Parlamentdə büdcə müzakirələri başlayıb
Vəkil Elçin Əmirov həbs edilib
Siyasət 10:48
Vəkil Elçin Əmirov həbs edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol