• $
  • €
  • ₽
  • ₺
  • £

Danışıqlar üçün Qərb platforması təklif edirik - Sarqis Xandanyan

Danışıqlar üçün Qərb platforması təklif edirik - Sarqis Xandanyan
10.01.2024 13:46
Ermənistan Azərbaycanla sülh proseslərinin müzakirəsi üçün Qərb platformasında danışıqların davam etdirilməsini təklif edib. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan deyib. 

"Artıq yaradılmış danışıqlar formatlarını davam etdirmək bizim üçün çox vacibdir. Bilirsiniz ki, Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri formatı, eləcə də Avropa İttifaqının vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı formalaşdırılıb. Bu, danışıqlara legitimlik qatır”, - o qeyd edib. 

Daimi komissiyanın rəhbəri onu da əlavə edib ki, İrəvan keçməli olduqları ölkələrin suverenliyi və yurisdiksiyaları çərçivəsində regional kommunikasiyaların açılmasında israrlıdır, lakin malların, nəqliyyat vasitələrinin və nəqliyyat vasitələrinin daşınması ilə bağlı müəyyən imtiyazların verilməsini nəzərdən keçirməyə hazırdır.
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, Ermənistan tərəfinin danışıqlar üzrə Amerika nümayəndəsini iki gün əvvəl Azərbaycana səfəri həm də Azərbaycanın sərhəd rayonunun Ermənistan ərazisinə hücumu etmək iddiası bu kimi açıqlamalar göstərir ki, qərb platformasinda danışıqlar getməlidir.
 
"Artıq Ermənistanın Rusiyaya rəhbərlik etdiyi platformaya üstünlük verdiyi həqiqəti ortaya çıxmağa başlayıb. Ancaq həmin o performans özü ilə pis yeniliklər gətirdi. Paralel şəkildə yəni il ərəfəsində Ermənistan tərəfi dərhal yəni bir yol tutdu. Ermənistan tərəfinin danışıqlar üzrə Amerika nümayəndəsini iki gün əvvəl Azərbaycana səfəri həm də Azərbaycanın sərhəd rayonunun Ermənistan ərazisinə hücumu etmək iddiası bu kimi açıqlamalar göstərir ki, qərb platformasinda danışıqlar getməlidir. Bu o deməkdir ki, əldə olunmuş nailiyyətlər arxa plana atılır. Ermənistan bu sülhün bağlanmasında maraqlı deyil. İndiki mərhələdə yalnız qərblə birgə Ermənistanın bu proseslər üzərindən Azərbaycanı sanksiyaya cəlb etmək niyyəti gudməsidir.
 
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub. 
 
Bundan əvvəl Ermənistanın xarici işlər naziri təklif edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi "3+3" formatında Türkiyə və İranın iştirakı ilə imzalana bilər. 
 
Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasında müsahibəsində bildirib ki, Ermnistanla 2024-cü il görüşlərin keçirilməsinə ümid edir. 

Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Gülnar 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Siyasət 14:16
Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Siyasət 13:56
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Parlamentdə büdcə müzakirələri başlayıb
Siyasət 11:05
Parlamentdə büdcə müzakirələri başlayıb
Vəkil Elçin Əmirov həbs edilib
Siyasət 10:48
Vəkil Elçin Əmirov həbs edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol