• $
  • €
  • ₽
  • ₺
  • £

Vardanyan səs-küylü cinayətlərə şərikdir

Vardanyan səs-küylü cinayətlərə şərikdir
27.03.2024 19:10
Erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan Ukraynaya qarşı təcavüzə şərikdir.

"Report” xəbər verir ki, bu barədə "Qarabağa Dönüş” İctimai Birliyinin hesabatında, Britaniya parlamentinin üzvü, mühafizəkar partiyanın deputatı Bob Bləkmən deyib.

"Biz başa düşməliyik ki, bu, Rusiyanın Ukraynadakı addımlarına görə sanksiyaya məruz qalan şəxsdir. Rusiyanın hərbi potensialını gücləndirməyə çalışdığı da məlumdur. Onun (Vardanyanın) şirkətləri Ukraynada və Qarabağda hərbi mövcudluğun genişləndirilməsi prosesində geniş istifadə olunurdu”, - britaniyalı deputat bildirib.
R.Vardanyan, həmçinin Ukraynaya və onun vətəndaşlarına qarşı törədilmiş cinayətlərdə iştirakına görə Ukraynanın "Sülhməramlı” sanksiya bazasına daxil edilib.

Hesabatda 1968-ci il təvəllüdlü Vardanyanın "Troyka Dialoq” investisiya şirkətinin rəhbəri və əsas tərəfdaşı kimi ilkin cinayət əməlləri də diqqətdən kənarda qalmayıb. "Troyka” Rusiyadan çirkli pulların yuyulması ilə məşğul olan geniş ofşor şirkətlər şəbəkəsi yaradıb.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsinın (OCCRP) araşdırmaçı-jurnalistlərinin bildirdiyinə görə, "Troika Laundromat”a 75 ofşor şirkət daxil idi. Bu şirkətlər 2006-2013-cü illər ərzində hazırda fəaliyyətini dayandırmış Litva bankının köməyi ilə 4,8 milyard dollar məbləğində maliyyə vəsaitini saxta əməliyyatlar yolu ilə çıxarıb. Vəsaiti son alanlar arasında Rusiya Prezidenti Vladimir Putinin dostu və violonçel ifaçısı olan Sergey Rolduqin də var idi.

"Ruben Vardanyan iyirmi ildən artıq bir müddətdə Qərb tipli investisiya bankçılığının siması, Rusiya kapitalizminin doğulduğu dövrdə "Troyka Dialoq”un yaradıcısı olub və uğurları ona milyarder statusu və Kremllə əlaqələr qazandırıb”, - hesabatda qeyd edilib. Təsvirin əks tərəfinin tamamilə fərqli olduğu ortaya çıxdı.

Vladimir Putinlə şəxsi əlaqələrinə baxmayaraq, Vardanyan Qərbin sanksiyalarından yayınmaq üçün 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib.

Eyni zamanda, Vardanyan Azərbaycan ərazisində tanınmamış separatçı qurum olan qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsini tutaraq öz "istedadı”ndan yaxşı istifadə etməyə yer tapmışdı. Belə ki, o, burada qeyri-qanuni olaraq mis, molibden və qızıl yataqlarını ələ keçirmişdi.

Rusiya sülhməramlıları tərəfindən "qorunan” resurslar bütün ekoloji standartları pozaraq talan edildi. Azərbaycan hakimiyyəti ekspertlərin yataqlara çıxışına icazə verilməsini tələb edirdi, lakin bu dəfələrlə rədd edilib. "Canadian Geopolitical Monitor”un məlumatına görə, R.Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişinin əldə edilməsində potensial uğurun qarşısının alınmasında fəal iştirak edib.

Hesabatda qeyd edilib ki, Vardanyanın bir sıra cinayətlər törətməsindən şübhələnmək üçün çoxlu səbəblər var: terrorçuluğun maliyyələşdirilməsi, qanunla nəzərdə tutulmayan hərbiləşdirilmiş birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə, habelə Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Siyasət 12:51
2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Parlamentdə büdcə müzakirələri başlayıb
Siyasət 11:05
Parlamentdə büdcə müzakirələri başlayıb
Vəkil Elçin Əmirov həbs edilib
Siyasət 10:48
Vəkil Elçin Əmirov həbs edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol