Hesablama Palatası Milli Məclisdə audit aparıb

Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq Azərbaycan Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb. Bu barədə Hesablama Palatası məlumat yayıb.
Audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilən 66,1 milyon manat vəsaiti əhatə edib.
Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb.
Hesablama Palatasının müvafiq Kollegiya qərarı ilə auditin nəticələri üzrə Auditor hesabatı təsdiq edilib. Hesabatda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı Rəy ifadə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Son xəbərlər 
Daha çox 






















