• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna və Qərb üçün pessimist proqnoz

Ukrayna və Qərb üçün pessimist proqnoz
19.07.2024 18:19
Avropa ölkələri və NATO Ukraynadakı müharibəyə hazırlaşmalıdır ki, növbəti on il davam etsin. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.


"Ancaq burada əsas odur ki, biz Ukraynanı nə qədər çox dəstəkləsək və onu dəstəkləməyə nə qədər uzun müddət hazır olsaq, müharibə bir o qədər tez bitə bilər. Paradoks ondadır ki, [Rusiya Federasiyasının] prezidenti Vladimir Putin indi bizi kənarda saxlaya biləcəyinə inanır. Buna görə də müharibə davam edir”, Stoltenberq BBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər Ukraynanın müttəfiqləri Kiyevi uzun müddət dəstəkləyəcəklərini açıq şəkildə bildirsələr, Ukraynanın suveren müstəqil dövlət kimi üstünlüyü üçün şərait yaradacaqlar.

Stoltenberq Avropa NATO ölkələrini Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitləri artırmağa çağırıb və xatırladıb ki, Avropa rəsmiləri və rəsmi Kiyev Donald Trampın ABŞ-da hakimiyyətə qayıdacağı təqdirdə bu cür maliyyəni ya kəsəcəyindən, ya da tamamilə dayandıracağından ehtiyatlanır.

Daha əvvəl Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri Rusiyanın dövlət təbliğatının rusları 2034-cü ilə qədər Ukraynada müharibəni davam etdirməyə hazırlaya biləcəyini irəli sürmüşdülər. Onlar Rusiya dövlət mediasının Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin arqumentlərini necə təqdim etdiyinə diqqət yetiriblər. Sonuncu "Arqumentı i faktı” qəzetinə müsahibəsində xatırladıb ki, NATO-nun baş katibi bu yaxınlarda Ukraynanın 2034-cü ilə qədər Şimali Atlantika Alyansına qoşulacağına ümid etdiyini bildirib. Bu halda, Medvedevin sözlərinə görə, bu, "heç vaxt” baş verməyəcək, çünki bu vaxta qədər NATO-nun rəhbərliyi dəyişəcək və "çox güman ki, bədnam ölkə 404-dür (kompüter "səhv” kodunu nəzərdə tutan 404, hansı ki, Ukraynanın real dövlət olmadığına işarə ola bilər) də olmayacaq”. Medvedyev Ukraynanın 2034-cü ilə qədər mövcudluğunu dayandıracağını birbaşa deməsə də, Rusiya dövlət mediası "Medvedev Ukraynanın 2034-cü ilə qədər mövcud olmayacağını etiraf etdi” və "Medvedev 2034-cü ilə qədər Ukraynanın yox olacağını proqnozlaşdırdı” başlıqları ilə qeydlər dərc edib.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Parlamentdə büdcə müzakirələri başlayıb
Siyasət 11:05
Parlamentdə büdcə müzakirələri başlayıb
Vəkil Elçin Əmirov həbs edilib
Siyasət 10:48
Vəkil Elçin Əmirov həbs edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol