• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Qələbənin 80 illiyi şərəfinə keçiriləcək parada kimləri çağıracağını açıqlayıb

Rusiya Qələbənin 80 illiyi şərəfinə keçiriləcək parada kimləri çağıracağını açıqlayıb
04.09.2024 11:57
Böyük Vətən Müharibəsində (İkinci Dünya Müharibəsində) Qələbənin 80 illiyi münasibətilə keçiriləcək parada dost olmayan ölkələrin başçıları Moskvaya dəvət edilməyəcək. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Biz dost olmayan ölkələrin başçılarını dəvət etməyəcəyik, əks halda bu, çox, çox təsir edici siyahı olacaq. Amma ilk növbədə, təbii ki, bu, MDB olacaq”, - o, Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

Peskovun sözlərinə görə, parad mərasimindən əvvəl Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi sammiti olacaq.

Sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxu Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirləri üçün Moskvaya dəvət edib. Rusiya lideri qeyd edib ki, Rusiya Monqolustanın müharibə zamanı SSRİ-yə göstərdiyi yardımı, eləcə də 1945-ci ildə Kvantunq ordusunun məğlubiyyəti zamanı döyüş dəstəyini xatırlayır və yüksək qiymətləndirir.

Bundan əvvəl Putin İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi şərəfinə xatirə medalı təsis edib.

Bundan əvvəl Rusiya prezidenti Bakı səfərində bildirib ki, Azərbaycanla Qələbənin 80 illiyini birlikdə qeyd edəcəklər.
 
Aytac 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol