• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
05.10.2024 11:53

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 8-də keçiriləcək.

İclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.
8. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (II səsvermə).
9. "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
10. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
11. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
12. "Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
13. "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
14. "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
15. "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
16. "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
17. "Balıqçılıq haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında” və "Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında” və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
20. "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
21. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, "Kitabxana işi haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və "Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
22. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
23. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Konstitusiya Məhkəməsi haqqında” və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
24. "Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
27. "Bələdiyyələrin statusu haqqında” və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol