• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Əliyev“Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
13.01.2026 15:41

Prezident İlham Əliyev Ağdərə rayonunun Qozlukörpü kəndində inşa olunan “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılış mərasimində iştirak edib.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına Qarabağ və Şərqi Zəngəzurda yerləşən su elektrik stansiyalarının mövcud vəziyyəti, eləcə də Tərtərçay hövzəsinin hidroenerji potensialı barədə məlumat verib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə istismar olunan ümumi gücü 307 meqavat olan 38 SES-də 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bu, 160 milyon kubmetr təbii qaza qənaət etməyə və 280 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verib.

Məlumata görə, Tərtərçayın hidroenerji potensialı 30 su elektrik stansiyası ilə qiymətləndirilir. Hazırda onlardan 22-si istismardadır, 5 stansiyanın tikintisi davam edir, 3 SES-in isə inşası planlaşdırılır. Qeyd olunur ki, Tərtərçay tamamilə Azərbaycan ərazisində formalaşan çaydır.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq inşa edilən “Qozlukörpü” SES Tərtərçay üzərində yerləşir və 14,7 meqavat gücə malikdir. Stansiyanın dəniz səviyyəsindən 955 metr yüksəklikdə yerləşməsi, sərt relyef və çətin logistika şəraitinə baxmayaraq, layihə qısa müddətdə tamamlanıb.

Layihə çərçivəsində 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib, ölkədə ilk dəfə olaraq azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla işləyən müasir hidroenerji qurğuları quraşdırılıb. Stansiya açıq paylayıcı qurğu və optik kabel xətti vasitəsilə ölkənin vahid enerji sisteminə və rəqəmsal idarəetmə şəbəkəsinə inteqrasiya olunub.

“Qozlukörpü” SES-də illik orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu, ildə 9,5 milyon kubmetr təbii qaza qənaət etməyə və 18 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol