• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq axtarışda olan 2 əcnəbi ölkəsinə təhvil verildi

Beynəlxalq axtarışda olan 2 əcnəbi ölkəsinə təhvil verildi
26.01.2026 18:17

Beynəlxalq axtarışda olan daha 2 əcnəbi ölkəsinə təhvil verilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Moldovanın səlahiyyətli orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Özbəkistanın vətəndaşı Rustamov Firuz Farxodoviç və Çinin səlahiyyətli orqanları tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1974-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan şəxslərin verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına və “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” müqaviləyə uyğun olaraq şəxslərin barəsində qərarlar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinin səlahiyyətli orqanlarına təhvil veriliblər

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol