• $
  • €
  • ₽
  • ₺
  • £

BMT rəsmisi Qlobal Cənub QHT Platformasını yeni alyansa qoşulmağa çağırıb

BMT rəsmisi Qlobal Cənub QHT Platformasını yeni alyansa qoşulmağa çağırıb
14.05.2026 11:12

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Xatib Qlobal Cənub QHT Platformasını bu ilin sonunda yaradılacaq Qlobal Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq Alyansı ilə əməkdaşlığa çağırıb. Bu barədə o Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

Al-Xatib bildirib ki, vətəndaş cəmiyyəti Cənub-Cənub və üçtərəfli əməkdaşlığın inkişafında, eləcə də şəhər dayanıqlığı, iqlim dəyişikliyi və bərabərsizlik kimi çağırışların həllində mühüm rol oynayır.

Onun sözlərinə görə, QHT-lər yerli bilikləri, etibarlı əlaqələri və praktiki innovasiyaları real nəticələrə çevirərək regional və qlobal əməkdaşlığı gücləndirir.

Al-Xatib qeyd edib ki, yeni Alyans 2026–2029-cu illər üzrə strateji çərçivə əsasında əməkdaşlıq təşəbbüslərini əlaqələndirəcək, sübut olunmuş həllərin miqyasını genişləndirəcək və tərəfdaşlar arasında praktiki əlaqələndirməni gücləndirəcək.

O, Qlobal Cənub QHT Platformasının üzvlərini Alyansın fəaliyyətində iştirak etməyə çağırıb.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol