• $
  • €
  • ₽
  • ₺
  • £

Putin İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Putin İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
25.05.2026 16:53

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə Putin Azərbaycanın iqtisadi və sosial sahələrdə mühüm uğurlar qazandığını və beynəlxalq arenada nüfuzunu artırdığını bildirib.

Rusiya lideri qeyd edib ki, Moskva Bakı ilə dostluq və müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət verir.

“Əminəm ki, müxtəlif sahələrdə ikitərəfli səmərəli əməkdaşlığın, həmçinin regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin birgə səylərlə daha da inkişafını təmin edə bilərik”, - məktubda deyilir.

Putin vurğulayıb ki, bu əməkdaşlıq Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verir və Cənubi Qafqaz ilə Xəzər dənizində təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Rusiya Prezidenti məktubun sonunda İlham Əliyevə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol