• $
  • €
  • ₽
  • ₺
  • £

”Prezidentin tapşırığı ilə girovlara görə 7 beynəlxalq təşkilata müraciət etmişik”

”Prezidentin tapşırığı ilə girovlara görə 7 beynəlxalq təşkilata müraciət etmişik”
06.01.2015 23:18
Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 7 beynəlxalq təşkilata, o cümlədən BMT-nin baş katibinə, Avropa Şurasının, Avropa İttifaqının və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, beynəlxalq insan hüquqları təşkilatlarına rəsmi müraciət göndərmişik.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanvarın 6-da Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov artıq həmin müraciətlərə bütün beynəlxalq təşkilatlardan rəsmi cavabların gəldiyini bildirib. Diqqətə çatdırıb ki, həmin cavabların arasında beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər də, məsələyə müsbət yanaşmalar da var. Beynəlxalq qurumların bəziləri məsələyə formal, bürokratik şəkildə yanaşıb. Bəziləri isə əksinə, problemə obyektiv yanaşaraq ermənilərin bu əməllərini pisləyir və beynəlxalq hüquq normalarına zidd hərəkət kimi qiymətləndirirlər.

Əli Həsənov deyib: "Bizim erməni girovluğunda olan soydaşlarımız torpağını, Vətənini, xalqını sevən insanlardır. Onlar ölümdən qorxmadan bu gün yağı düşmən tapdağı altında olan Kəlbəcərə - öz doğma yurd-yuvaları, ata-babalarının məzarlarını, kəndlərini ziyarət etməyə getmişdilər. Biz bununla bağlı həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırmışıq. Ancaq ermənilər yenə də faşist əməllərindən əl çəkmir, bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirlər. Erməni millətçiləri artıq 100 ildir ki, bütün dünyada guya türklər tərəfindən soyqırımına məruz qalmaları ilə bağlı təbliğat aparmaqla məşğuldurlar. Əgər həqiqətən də beynəlxalq təşkilatlar regionda dayanıqlı sülhün bərqərar olunmasını istəyirlərsə, erməniləri bu sərsəm xülyalarından əl çəkməyə məcbur etməlidirlər. Ancaq bu gün biz real həyatda bunun əksini müşahidə edirik. Beynəlxalq təzyiqlə üzləşməyən ermənilər öz məqsədlərinə çatmaq üçün çirkin əməllərini davam etdirirlər. Mənə elə gəlir ki, bu əməllərə göz yuman və erməniləri açıq şəkildə müdafiə edən beynəlxalq təşkilatlar bizim girovlarımızla bağlı məsələnin də müsbət həllinə kömək etməyəcəklər.

Baş nazirin müavini deyib ki, "ona görə də bu gün bizim qlobal problemlərimizi, o cümlədən Dağlıq Qarabağ münaqişəsini xalqımızdan, dövlətimizdən, Prezidentimizdən başqa keç kim həll edəsi deyil. Bu məsələdə güvənc yerimiz xalqımızın birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımlarıdır. Dövlətimizin başçısı bu gün girovluqda olan şəxslərin azad edilməsi məsələsi ilə mütəmadi məşğuldur. Məndə tam əminlik yaranıb ki, Ramil Səfərovu ölkəmizə qaytaran Prezidentimiz hazırda erməni girovluğunda olan Dilqəm Əsgərovu və Şahbaz Quliyevi düşmənin caynağından azad edəcək. Onlar hazırda Şuşada, bizim torpaqlardadır. Bizim yerli qeyri-hökumət təşkilatları, hüquq müdafiə təşkilatları azərbaycanlı girovlarla bağlı Avropa Şurasına, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün təşəbbüs irəli sürüblər. Biz hökumət olaraq hazırda bu işdə onlara köməklik edirik”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycan dövləti erməni girovluğunda olan soydaşlarımızın azad edilməsi istiqamətində tələbini davam etdirəcək və bununla bağlı bütün hüquqi addımlar atılacaq. 
”Biz hazırda girovların başqa bir ölkəyə ekstradisiya edilməsi məsələsini müzakirə edirik. Əgər beynəlxalq təşkilatlar kömək edə bilsələr onlar ermənilərin əlindən alınaraq başqa ölkənin ərazisinə keçiriləcək. Mən əminəm ki, Azərbaycan dövləti onların erməni girovluğunda qalmasına imkan verməyəcək”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol