Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb

Azərbaycanda 2025-ci ildə məişət zorakılığı zəminində qəsdən adam öldürmə hallarının sayı əvvəlki illə müqayisədə 26,2% artaraq 53-ə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Öldürməyə cəhd halları da 33,3% artaraq 20-yə yüksəlib.
2024-cü ildə məişət zorakılığı zəminində 42 qəsdən adam öldürmə və 15 öldürməyə cəhd cinayəti qeydə alınıb.
Ümumilikdə, 2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı 1 396 cinayət qeydə alınıb. Bu, 2024-cü ildəki 1 451 hadisə ilə müqayisədə 3,8% azdır.
Məişət zorakılığı zəminində qəsdən sağlamlığa ağır zərər vurma halları 25-dən 30-a yüksəlib.
Qəsdən sağlamlığa az ağır zərər vurma halları isə 83-dən 64-ə, yüngül zərər vurma halları 1 254-dən 1 202-yə enib.
2025-ci ildə, həmçinin altı əzab vermə, bir öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və digər kateqoriyalar üzrə 20 cinayət qeydə alınıb.

Son xəbərlər 
Daha çox 























