Bakıda avtomobil yanıb

Bakının Sabunçu rayonunda avtomobil yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində baş verib.
“Chevrolet” markalı minik avtomobili hərəkətdə olarkən qəfil alışaraq yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Son xəbərlər 
Daha çox 























