Macarıstan Baş naziri Ukraynaya səfər edəcək

Macarıstanın Baş naziri Peter Maryar yaxın vaxtlarda Ukraynanın qərbindəki Zakarpatya vilayətinə səfər edəcəyini açıqlayıb.Bu barədə Reuters xəbər verir.
Maryar səfərin bölgədə yaşayan etnik macar azlığına dəstəyini nümayiş etdirmək məqsədi daşıdığını bildirib.
“Müharibə başlayandan bəri heç bir Macarıstan baş naziri Zakarpatyadakı macarlara baş çəkməyib. Baş nazir kimi Zakarpatyaya qayıdanda bu vəziyyət dəyişəcək”, - deyə o bildirib.
Maryar qeyd edib ki, 2024-cü ildə müxalifətdə olarkən Zakarpatyaya səfər edib və baş nazir kimi bölgəyə yenidən səfər edəcək.

Son xəbərlər 
Daha çox 






















