Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis büdcə vəsaitlərinin mənimsənilməsi və qanunsuz valyuta əməliyyatlarında şübhəli bilinərək Moskvada saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Onun sözlərinə görə, Çibis noyabrın 23-də bir qrup şəxsin iştirakı ilə törədildiyi ehtimal olunan cinayətlərlə bağlı istintaq çərçivəsində saxlanılıb.
Volk bildirib ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər regional Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan çox vəsaiti mənimsəməkdə, eləcə də Apatitı–Kirovsk avtomobil yolunun yenidən qurulmasına ayrılmış 1 milyard rubldan artıq vəsaiti səmərəsiz xərcləməkdə ittiham olunurlar.
İstintaq qanunsuz valyuta əməliyyatları ilə bağlı epizodları da əhatə edir.
Volkun sözlərinə görə, cinayət işinin istintaqı DİN-in İstintaq Departamentinin rəhbərliyinin nəzarətindədir.
Son xəbərlər 
Daha çox 























