• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əsgərləri Qırmızı meydandan keçəcək

Azərbaycan əsgərləri Qırmızı meydandan keçəcək
16.01.2015 12:06
Azərbaycanın hərbi qulluqçuları 2015-ci il mayın 9-da Moskvada Qırmızı meydanda keçiriləcək, sovet xalqının 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində Qələbəsinin 70 illiyinə həsr olunmuş paradda iştirak edə bilərlər, "Nezavisimaya qazeta” yazır.

Oxu.Az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri şəxsi heyətlə iş üzrə Baş idarənin rəisi, general-mayor Mixail Smıslovun sözlərinə görə, paradda 15 xarici dövlətin ordu bölmələri iştirak edəcəklər.

Azərbaycanla birlikdə tədbirdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ola bilsin, Moldova iştirak edəcəklər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu tədbirləri Vladimir Putinin xarici siyasət təqvimində ilk və əsas bənd adlandırıb.

"Bu, çox böyük təbir olacaq. Ümid edirəm ki, çoxlu xarici iştirakçılar tədbirə qatılacaqlar. Tədbirlər zamanı mühüm ikitərəfli görüşlər keçiriləcək”, - deyə, o, bildirib.

Vladimir Putin əvvəllər bildirmişdi ki, MDB ölkələri liderlərini Qələbə Paradına dəvət edib.

"Bu yubileyi birlikdə qeyd etmək bizim ümumi borcumuzdur”, - Rusiyanın dövlət başçısı hesab edir.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol