• $
  • €
  • ₽
  • ₺
  • £

"Qazın qiyməti qaldırılsın" - Deputatlardan TƏKLİF

"Qazın qiyməti qaldırılsın" - Deputatlardan TƏKLİF
27.10.2016 17:35
Avropa və qonşu ölkələrlə müqayisədə Azərbaycanda qaz satışı qiyməti ucuzdur. Dünyanın ən bahalı qaz satan ölkəsi olan Yaponiyada qazın min kubmetri 590-600 dollara, Almaniya və İngiltərədə isə 400 dollar civarındadır.
 
Bu rəqəmlər Azərbaycan qazı ilə müqayisədə təxminən, 4-5 dəfə bahadır. Qonşu Rusiyada bu ilin 9 ayı ərzində qazın min kubmetrinin satışı təxminən 230-260 dollar, İranda isə 200 dollar civarında olub. 

Bəs görəsən, iqtisadi böhran dövründə digər ölkələrlə müqayisdə qazını daha ucuz satan Azərbaycan satış qiymətini qaldıracaqmı? 


Xanhüseyn Kazımlı - millət vəkili
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Xanhüseyn Kazımlı Azərbaycan qazının bahalaşdırılmasının yalnız tələb və təlkif əsasında dəyişə biləcəyini bildirdi:

"Azərbaycan qazının qiyməti nə qədər baha olsa, o qədər də bizə xeyirdir. Çünki Azərbaycan qazına təlabat var. Qazın qiymətinin artması ilə büdcəmizə gələn gəlir də artacaq. Heç bir istehsalçı istəməz ki, onu malı ucuz qiymətə, maya dəyərindən aşağı getsin. Azərbaycan qazına olan təlabatı nəzərə alıb qiymət artımında dəyişiklik etmək olar”.


 

Rüfət Quliyev - millət vəkili

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev ANN.Az-a açıqlamasında qazın satış qiymətinin tərəfdaşlardan və şərtlərdən asılı olduğunu vurğuladı: 

"İstərdim ki, Azərbaycan qazının satış qiymətini bahalaşdırsın, dövlət büdcəsinə daha çox gəlir gətirsin. Ancaq bu, deməklə həll ediləsi məsələ deyil. Burada siyasi məqamlar da var. Elə ölkə ola bilər ki, qazı onlara ucuz, digərlərinə baha sata bilərik. Azərbaycan hələ dünya iqtisadi böhranının tam mərhələsini yaşamır. Ölkədə baş verənlər böhranın bizə gəlib çatan dalğalarıdır. Qazın qiymətinin baha və ya ucuz olması məsələsinə gəlincə, bu, ancaq iki ölkə arasındakı anlaşma əsasında həyata keçirilə bilər”.


Tahir Mirkişili - millət vəkili  

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili ANN.Az-a açıqlamasında Azərbaycan qazının dünya bazarında ucuz qaz satan ölkələr siyahısına daxil olmaq istəməsi fikri ilə razılaşmayıb:


"Bizim satış bazarımız digər ölkələrdən fərqlənir. Cənub Qaz Dəhlizi vasitəsilə demək olar, bütün qazı satmışıq. Artıq bununla bağlı müqavilələr də imzalanıb. Qiymətlərin baha və ya ucuz olmasını isə bazar özü təyin edir. Bazarın xarici qiymətini isə rəqabət müəyyənləşdirir. Təbii ki, hər bir ölkə istəyər ki, qazını baha qiymətə satsın. Çünki hər kəs maksimum dərəcədə gəlir əldə etmək niyyətindədir. Ölkədaxili isə qazın ucuz satılması dövlətin əhaliyə göstərdiyi sosial qayğı ilə əlaqədardır. Bahalaşma ancaq tələb və təklifdən asılı ola bilər”.



Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol