• $
  • €
  • ₽
  • ₺
  • £

“Formula-1”ə satılan biletlərin 65 faizini xarici azarkeşlər alıb

“Formula-1”ə satılan biletlərin 65 faizini xarici azarkeşlər alıb
13.04.2016 21:49
"Cəmi min marşal olmalıdır”.

Bakıda keçiriləcək "Formula-1” Avropa Qran-prisinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib.

Qran-pri yarışlarına təxminən iki ay vaxt qaldığını bildirən N.Arpadarai trekə asfalt qatının salınmasının əsasən başa çatdığını deyib: 

"Yalnız Hökumət Evi ilə üzbəüz olan hissə qalıb. Tribunaların, təhlükəsizlik baryerlərinin quraşdırılması nəzərdə tutulub”.

N.Arpadarai bilet satışı haqqında da məlumat verərək bildirib ki, biletlərin 65 faizini xarici azarkeşlər alıb və bu, çox gözəl göstəricidir.

BŞH rəsmisi Qran-pri üçün 12 min könüllünün müraciət etdiyini söyləyib: 

"Elan etmişdik ki, bizə beş min könüllü lazımdır. Ancaq onların sayı 12 minə çatıb. Müraciət edənlərin hamısı yerli könüllülərdir. Könüllülərlə yanaşı, marşallar da var. Marşalların rolu çox önəmlidir. Məsələn, tras boyu dayanıb bayraqlar vasitəsilə işarə edirlər, qəza zamanı kömək göstərirlər. 

Cəmi min marşal olmalıdır. Onların 300-ü xaricdən gələcək. Marşal olmaq üçün xüsusi lisenziya lazımdır. Onlar müəyyən təlimlərdən keçirlər. Bu lisenziyanı alan marşal istənilən ölkədə keçirilən yarışda iştirak edə bilər”.

N.Arpadarai qəzaya düşən Avropa Qran-prisinin elçisi Fernando Alonsonun vəziyyəti barədə də məlumat verib: 

"Alonso yalnız Bəhreyn Qran-prisində iştirak edə bilmədi. Onunla orada görüşmüşdük. Hesab edirik ki, vəziyyəti yaxşılaşıb. O, Çin Qran-prisində iştirak edə biləcək və buna kifayət qədər hazırdır. Əlbəttə, Alonsonun qəzası ciddi idi. Pilotlar bu cür qəzalara hazırdırlar və bundan sonra da yarışlara qatılırlar. İyunda Alonsonu Bakıda gözləyirik və əminik ki, o, Avropa Qran-prisində iştirak edəcək”.

Xatırladaq ki, "Formula-1” Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol