• $
  • €
  • ₽
  • ₺
  • £

Robert Prosineçki: "Həyat yoldaşım qorxurdu"

Robert Prosineçki: "Həyat yoldaşım qorxurdu"
15.04.2016 16:20
Uşaqlar bir neçə günlük icazəlidirlər

"Təəssüf edirəm ki, dünyanın istənilən nöqtəsində belə hadisələr baş verir, insan insanı öldürür". "Report"un məlumatına görə, bunu Xorvatiya mətbuatına açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Aprelin əvvəllərində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən söz açan 47 yaşlı mütəxəssis həyat yoldaşının bunlardan narahat olduğunu söyləyib: "Düzdür, hərbi olaylar paytaxta yaxın deyildi. Buna baxmayaraq, həyat yoldaşım bir az qorxurdu. Çünki bizim uşaqlar Bakıda məktəbə gedir. Ancaq indi uşaqlar bir neçə günlük icazəlidirlər".

R.Prosineçki Azərbaycan yığmasının 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmasının asan olmadığını da bildirib: "Artıq addım atılıb. Hələ Xorvatiyaya qarşı oyunda demişdim ki, yaxşı oynamaq olar və biz bunu göstərdik. Rusiyaya yollanmaq asan deyil. Qrupda oynayacağımız komandalar üzərində asan qələbə qazanmaq mümkün olmayacaq. Seçmə mərhələdə Çexiya, Norveç, Şimali İrlandiya, Almaniya və San Marinonun olduğu çətin qrupa düşmüşük".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol