• $
  • €
  • ₽
  • ₺
  • £

Güləşçimiz erməni rəqibini məğlub etdi

Güləşçimiz erməni rəqibini məğlub etdi
22.06.2016 16:55
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) qızıl və Azər Nəsibli (50 kq) gümüş medal qazanıblar. Çempionatın ikinci günündə isə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

55 kq çəkidə mübarizə aparan Nofəl Babayev ilk görüşündə Gürcüstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Türkiyə təmsilçisi ilə gərgin keçən növbəti görüşü də üstün tamamlayan güləşçimiz yarımfinalda yerli Rumıniya idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesab və xalların keyfiyyəti bərabər olsa da, sonuncu xalı qazanan N.Babayev görüşü qalib başa vurub. Finala yüksələn güləşçimiz həlledici görüşdə Ukrayna idmançısı ilə qarşılaşacaq.

66 kq çəkidə yarışan Sənan Süleymanov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Serbiya, Ermənistan və Slovakiyadan olan rəqiblərini üstələyən güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da, xalların keyfiyyətinə görə rəqib üstün olub. S.Süleymanov bürünc medal uğrunda görüşə çıxacaq.

84 kq çəkidə mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yunanıstan, Almaniya və Xorvatiyadan olan rəqiblərindən ümumilikdə 28 xal alan İslam rəqibə cəmi 2 xal verib. Final görüşündə güləşçimizin rəqibi Türkiyə təmsilçisi olacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

55 kq
1/8 final - Nofəl Babayev - Dato Çxartişvili (Gürcüstan) 5:0 (tuşe)
1/4 final - Nofəl Babayev - Ekrem Süleyman Öztürk (Türkiyə) 7:6
1/2 final - Teodor Horatau (Rumıniya) - Nofəl Babayev 6:6*
FİNAL - Jora Abovian (Ukrayna) - Nofəl Babayev

66 kq
1/16 final - Sənan Süleymanov - Aleksa Erski (Serbiya) 6:2
1/8 final - Sənan Süleymanov - Malxas Amoyan (Ermənistan) 9:6
1/4 final - Leos Drmola (Slovakiya) - Sənan Süleymanov 2:10
1/2 final - Pərviz Nəsibov (Ukrayna) - Sənan Süleymanov 7*:7
Bürünc medal görüşü - Valeriu Toderean (Moldova) - Sənan Süleymanov

84 kq
1/8 final - Efstratios Nikitas (Yunanıstan) - İslam Abbasov 0:9
1/4 final - Arian Gueney (Almaniya) - İslam Abbasov 0:8 (84 san.)
1/2 final - İslam Abbasov - İvan Huklek (Xorvatiya) 11:2
FİNAL - İslam Abbasov - Ali Cengiz (Türkiyə)

120 kq
1/4 final - Adəm Cəlilov - Nikolay İzmaylov (Rusiya) 3:8
Təsəlliverici görüş - Artur Vititin (Estoniya) - Adəm Cəlilov 3:0

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol