"Tondela" Elnur Cəfərovdan imtina etdi

Portuqaliyanın yüksək liqa təmsilçisi "Tondela” bu yay transfer etdiyi azərbaycanlı futbolçu Elnur Cəfərovun adını yeni mövsüm üçün sifariş ərizəsinə salmayıb.
Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda klubun rəsmisi Viktor Ramos məlumat verib.
O bildirib ki, E.Cəfərovla yanaşı daha iki futbolçu - yarımmüdafiəçi Tomas Corc və hücumçu Ruben Silvesterin də adı siyahıdan kənarda qalb. Bildirilib ki, klubun baş məşqçisi E.Cəfərovun oyununu komandası üçün yararlı hesab etmir.
www.ann.az
























